Bank Of Baku

“Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumu işini davam etdirir

“Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumu işini davam etdirir
# 19 mart 2009 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Tarix Muzeyində keçirilən “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumu işini davam etdirir. APA-nın məlumatına görə, simpoziumda üç seksiya üzrə müxtəlif ölkələrdən Azərbaycana gəlmiş alimlərin və musiqi xadimlərinin məruzələri dinlənilir. Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə baş tutub. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimlərinin qatıldığı simpoziumda 80 məruzə dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR