Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib
# 19 mart 2009 16:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib. APA-nın məlumatına görə, YUNESKO-nun rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib.

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunan Koişiro Matsuura ölkəmizdə mədəniyyət sahəsində də böyük işlərin görüldüyünü söyləyib.

Azərbaycan prezidenti dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib. Azərbaycanda mədəniyyətlə bağlı həyata keçirilən layihələrdən danışan dövlət başçısı bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Prezident İlham Əliyev Koişiro Matsuuranın ölkəmizə səfərinin Azərbaycanla YUNESKO arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR