Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Müasir İncəsənət Muzeyinin açılış mərasimində iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Müasir İncəsənət Muzeyinin açılış mərasimində iştirak edib
# 20 mart 2009 14:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, mərasimdə, həmçinin YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edib.

Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Azərbaycan Rəssamlar İtifaqının sədri Fərhad Xəlilov açılış mərasimində qeyd edib ki, postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, video salon və art-kafe də fəaliyyət göstərəcək. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR