Bank Of Baku

Lütfəli Abdullayevin 95 illiyi münasibəti ilə tədbir keçirilib

Lütfəli Abdullayevin 95 illiyi münasibəti ilə tədbir keçirilib
# 23 mart 2009 20:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, dövlət mükafatları laureatı Lütfəli Abdullayevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley tədbiri L. Abdullayevin uzun illər çalışdığı Dövlət Musiqili Komediya Teatrında qeyd edilib. Yubiley tədbirində aktyorun doğma teatrında onun şərəfinə dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyası göstərilib. Tamaşadan əvvəl sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sevimli aktyor haqqında çıxış edib, onun zəngin həyat və yaradıcılığını bir daha tamaşaçılara xatırladıb. Yubiley tamaşasında xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artist Ramiz Məmmədov, gənc aktyorlar Fərid Əliyev, İnarə Babayeva və Səmədzadə Xasıyev çıxış ediblər. Teatrın foyesində Lütfəli Abdullayevə həsr olunmuş foto-sərgi də nümayiş etdirilib.

Qeyd edək ki, tamaşaçılara “O olmasın bu olsun” ,“Ulduz”, “Əhməd haradadır” və başqa filmlərdən tanış olan Lütfəli Abdullayev eyni zamanda Musiqili Komediya Teatrında “Hacı Kərimin aya səyahəti”, “Beş manatlıq gəlin”, “Toy kimindir”,” Durna”,” Gözün aydın”,” Özümüz bilərik”,” Olmadı elə, oldu belə”, “Arşın mal alan” kimi əsərlərdə unudulmaz obrazlar yaradıb. Aktyorun “O olmasın, bu olsun” komediyasında ifa etdiyi əvvəl Hambal, daha sonralar isə Məşədi İbad surətləri də Azərbaycan teatr tarixinin salnaməsində xüsusi yer tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR