Bank Of Baku

Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri müəyyənləşib

Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri müəyyənləşib
# 24 mart 2009 16:35 (UTC +04:00)
Müsabiqənin “qran-pri”nə azərbaycanlı xanəndə Təyyar Bayramov layiq görülüb. Ona fəxri fərman, festivalın emblemi və 20 min avro pul mükafatı təqdim olunub.

Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci, İrandan olan Məhəmməd Motamedi ikinci, misirli Mustafa Səid isə üçüncü yeri tutub. Müsabiqənin qaliblərinə fəxri fərman və festivalın emblemləri təqdim olunub. Bundan başqa, birinci yerin sahibi 15 min avro, ikinci yeri tutan 10 min avro, üçüncü yerin sahibi isə 5 min avro pul mükafatı ilə mükafatlandırılıblar.

Digər nominasiyalar üzrə fərqlənmiş musiqiçilər də mükafatlandırılıblar.

Qeyd edək ki, Beynəlxalq Muğam Müsabiqəsi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR