Bank Of Baku

Azərbaycanın muğam triosu Cenevrə və Sürixdə konsert verib

Azərbaycanın muğam triosu Cenevrə və Sürixdə konsert verib
# 25 mart 2009 07:36 (UTC +04:00)
Cenevrə. Laçın Sultanova – APA. Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə xalq artisti Nəzakət Teymurova, onu müşayiət edən Əlağa Sədiyev (tar) və Xəyyam Məmmədovdan (kamança) ibarət muğam triosunun İsveçrənin Cenevrə və Sürix şəhərlərində konsertləri keçirilib. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə martın 23-24-də təşkil olunan konsertlər hər iki şəhərdə uğurla keçib.

BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş, habelə İsveçrədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, İsveçrənin Federal və yerli hakimiyyət rəsmiləri və Azərbaycan diasporunun nümayəndələri hər iki konsertə qatılıb, muğam triosunun ifasını bəyəniblər.

Konsertlərdən sonra musiqiçilərin şərəfinə ziyafətlər təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR