Bank Of Baku

“Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı başa çatıb

“Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı başa çatıb
# 25 mart 2009 18:08 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyvli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ağaverdi Paşayevin bəddi rəhbər və baş dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orketsri, Azərbaycan Dövlət Xor Kapellası, “Bakustik caz” qrupu, muğam ustadları və beynəlxalq muğam müsabiqəsinin laureatları kosnert proqramı ilə çıxış ediblər. Konsert proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Zemfira İsmayılova, Əvəz Abdullayev, Vüsalə Musayeva, Simarə İmanova, Bəyimxanım Mirzəyeva, Qoçaq Əsgərov, Humay Məmmədova da çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı çərçivəsində üç günlük Beynəlxalq Muğam Simpoziumu, Beynəlxalq Muğam Müsabiqəsi də keçirilib. Martın 18-dən Beynəlxalq Simpoziumla öz işinə başlayan festival bu gün başa çatıb.

“Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının prezidenti UNESCO və ISESCO-nun xoş məramlı səfiri Mehriban Əliyeva, təşkilatçıları Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqıdır. Festival Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilati dəstəyi ilə keçirilib.

Festivalda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR