Bank Of Baku

Lənkəranda Beynəlxalq Teatr Günü qeyd olunub- FOTOSESSİYA

Lənkəranda Beynəlxalq Teatr Günü qeyd olunub-<font color=red> FOTOSESSİYA</font>
# 28 mart 2009 08:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. 27 mart - Beynəlxalq Teatr Günü Lənkəranda da qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrında yerli icra strukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə teatrın direktoru İslam Həsənov çıxış edərək yaradıcı kollektivin ötən 35 illik fəaliyyətindən və planlarından söz açıb. Bu yaxınlarda Teatr Xadimləri İttifaqının mükafatına layiq görüldüyünü diqqətə çatdıran direktor hazırda teatrın səhnəsində xalq şairi Vaqif Səmədoğlunun “Mamay kişinin yuxuları”, türk sənətçisi Turqut Özakmanın “Ocaq” və Arif Mədətovun “Sezarın qətli” əsərlərinin tamaşaya hazırlandığını bildirib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nadir Muradov çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurlayı diləyib. Daha sonra bir qrup aktyora pul mükafatları təqdim olunub. Sonda truppanın ifasında Braziliya dramaturqu Gilyermo Fiqeyredonun “Ezop” tamaşasına baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR