Bank Of Baku

Göygöldə alman mədəniyyətini əks etdirən sərgi nümayiş olunub

Göygöldə alman mədəniyyətini əks etdirən sərgi nümayiş olunub
# 29 mart 2009 07:34 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Göygöl rayonunda Almaniya mədəniyyəti həftəsi keçirilir. APA-nın yerli bürosunun xəbərinə görə, almanlardan yadigar qalan Lüteran kilsəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə təşkil edilən Almaniya səyahət ölkəsi adlı fotosərgi təşkil edilib. Almaniyanın Azərbaycandakı səfirinin köməkçisi Siqrit Muinteke APA-nın əməkdaşına bildirib ki, sərginin keçirilməsinin əsas məqsədi Azərbaycanda Almaniya mədəniyyəti və onun irsləri barədə təəssürat yaratmaqdı. Sərgidə alman mədəniyyətini, tarixini və təbiətini əks etdirən fotosərgi nümayiş olunub. 3 gün davam edən sərgidə 27 foto sərgilənib. Qeyd edək ki, bu, Göygöl rayonunda alman mədəniyyətini əks etdirən sayca 2-ci sərgidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR