Bank Of Baku

Bakıda tanınmış kinorejissor Tofiq İsmayılovun yubiley gecəsi keçiriləcək

Bakıda tanınmış kinorejissor Tofiq İsmayılovun yubiley gecəsi keçiriləcək
# 29 mart 2009 10:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda tanınmış kinorejissor, yazıçı və pedaqoq, xalq artisti Tofiq İsmayılovun yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, aprelin 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək yubiley gecəsi Tofiq İsmayılovun anadan olmasının 70 illiyinə və sənət fəaliyyətinin isə 50 illiyinə həsr olunub. Tədbirdə T. İsmayılovun sənət yoldaşlarının, tələbələrinin çıxışları, təbriklər, foto sərgi və rejissorun çəkdiyi filmlərdən fraqmentlərin nümayişinin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, professor Tofiq İsmayılov Azərbaycan milli kino sənətinin inkişafında rejissor, kinoşünas, dramaturq kimi fəaliyyət göstərib. O, 30-a yaxın bədii və sənədli filmə quruluş verib, altı bədii kitabın, “Türkdilli xalqların sineması” 3 cildlik elmi nəşrin, kino sənəti problemlərinə dair 100-dən artıq elmi məqalənin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR