Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi Lənkəranda muzey əməkdaşları üçün zona seminarı keçirib

Mədəniyyət və Turizm Nazirliyi Lənkəranda muzey əməkdaşları üçün zona seminarı keçirib
# 29 mart 2009 11:59 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda cənub bölgəsi rayonlarının muzeylərində çalışan bərpaçı-rəssamlar və fond mühafizəçiləri üçün zona seminarı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə muzey sərvətləri və xatirə əşyalarının Elmi - Bərpa Mərkəzinin mütəxəssisləri də iştirak ediblər. Respublika Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxışında Azərbaycanda tarixi-mədəni abidələrin və sənət əsərlərinin bərpasının böyük əhəmiyyət kəsb etdiyini bildirərək rəhbərlik etdiyi qurumun maddi və mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini deyib. O, hazırda mərkəzdə 20-dən yuxarı yüksək kateqoriyalı bərpaçı rəssamın çalışdığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində Elmi-Bərpa Mərkəzinin qrafika, rəngkarlıq, xalça və metal üzrə bərpaçı - rəssamlarının rəhbərliyi ilə keçirilən təlimlərdə isə bərpa olunan əşyaların saxlanma şəraiti haqqında iştirakçılara bilgilər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR