Bank Of Baku

Macarıstanda “Azərbaycan kitabı ayı” keçirilib

Macarıstanda “Azərbaycan kitabı ayı” keçirilib
# 29 mart 2009 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Macarıstan Respublikasında “Azərbaycan kitabı ayı” keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan kitab ayı” fevral və mart aylarında baş tutub. Azərbaycan haqqında məlumatların yayılması, respublikamızın Avropa ölkələrində daha da yaxından tanıdılması və təbliği məqsədi ilə Azərbaycanın Macarıstan Respublikasındakı Səfirliyinə kitab kolleksiyası göndərilib. Bu ay çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası kitabxanasına bir sıra ali məktəblərin kitabxanalarına Azərbaycan haqqında kitab, elektron nəşrlər və digər materiallar təqdim edilib. Təqdimetmə mərasimində kitabların sərgisi də təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyə olunmuş kitablar Macarıstan kitabxanalarının elektron kataloqlarına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR