Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda “Soyqırımı abidəsi”nin hazırlanma prosesinin ləngiməsinə səbəb müsabiqəyə layiqli əsərin təqdim olunmamasıdır”

Əbülfəs Qarayev: “Azərbaycanda “Soyqırımı abidəsi”nin hazırlanma prosesinin ləngiməsinə səbəb müsabiqəyə layiqli əsərin təqdim olunmamasıdır”
# 30 mart 2009 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanda soyqırımı abidəsinin hazırlanması prosesi ləngiyir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, abidənin hazırlanma prosesinin ləngiməsinə səbəb elan olunan müsabiqəyə layiqli əsərin təqdim olunmamasıdır: “Soyqırımı abidəsinin hazırlanması ilə yanaşı, bir neçə mövzulara aid müsabiqə elan etmişik. Ancaq işlərin layiqli olmaması və bizi qane etməməsi səbəbindən bu vaxt uzadılıb. Biz bu faciəmiz və ya istiqlaliyyətimiz üçün abidə, heykəl, memorial yaratmaq istəyiriksə, bunun üçün mütləq və mütləq çox yüksək zövqlə, çox yüksək peşəkarlıqla və Azərbaycan xalqının bütün xüsusiyyətlərini özündə əks etdirməyə qadir olan bir layihə olmalıdır. Təəssüflər olsun ki, bu vaxta kimi bu şərtlərə cavab verən bir əsər təqdim olunmayıb”. Ə. Qarayev deyib ki, layiqli layihə təqdim olunana kimi bu proses davam etdiriləcək və ən yaxşı əsər əsasında “Soyqırımı abidəsi” hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR