Bank Of Baku

Gəncədə Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi açılacaq

Gəncədə Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi açılacaq
# 31 mart 2009 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gəncə şəhərindəki Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərginin açılışı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, aprelin 2-də keçiriləcək açılış mərasimində “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin iştirakı nəzərdə tutulur. Bu münasibətlə Mircəlal Paşayevin Ev Muzeyində festival iştirakçıları ilə görüş-konsert, N. Gəncəvi adına şəhər kitabxanasında isə rəssamlarla görüş təşkil olunacaq. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçilərinin, tanınmış mədəniyyət xadimlərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR