Bank Of Baku

Opera və Balet Teatrında “Don Kixot” baleti nümayiş olunacaq

Opera və Balet Teatrında “Don Kixot” baleti nümayiş olunacaq
# 31 mart 2009 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr rəhbərliyi “Don Kixot” baletində əsas rolları ifa etmək üçün Latviya Milli Opera və Balet Teatrının aparıcı solistləri Ülvi Əzizov və Marqarita Demyanoku Bakıya dəvət edib. Həmyerlimiz Ülvi Əzizov bu tamaşada Bazil rolunu, Latviyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Marqarita Demyanok isə Kitri partiyasını ifa edəcək. Qastrolçularla yanaşı, tamaşada Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının solistləri də çıxış edəcəklər. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR