Bank Of Baku

“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub

“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub
# 31 mart 2009 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Molla Nəsrəddin” məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr olunmuş “Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Bu barədə APA-ya Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi İdarə heyətindən məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqədə 70 ölkədən 500-ə yaxın rəssam iştirak edib. İlk dəfə olaraq açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görülüblər. Azərbaycanlı karikaturaçılarımız müsabiqənin xüsusi mükafatına layiq görülüblər. “Molla Nəsrəddin”-Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinin mükafatlandırma mərasimi və sərgisinin açılışı aprelin 7-də Vəcihə Səmədova adına Sərgi Salonunda keçiriləcək. Sərgidə müsabiqənin qaliblərinin və mükafatçılarının əsərləri nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR