Bank Of Baku

Strasburqda açıq musiqisi konserti təşkil edilib

Strasburqda açıq musiqisi konserti təşkil edilib
# 31 mart 2009 15:17 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Martın 30-da Fransanın Strasburq şəhərində açıq musiqisi konserti təşkil edilib. APA-nın Avropa bürosunun xəbərinə görə, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Şurasının 60 illik yubileyi münasibətilə nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilib. Konsertdə Avropa Şurasının, Strasburq meriyasının rəhbər şəxsləri, universitet müəllimləri və tələbələr, Azərbaycan diasporunun üzvləri, həmçinin Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR