Bank Of Baku

Azərbaycan Akademik Milli Teatrı Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək

Azərbaycan Akademik Milli Teatrı Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək
# 01 aprel 2009 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Akademik Milli Teatrının kollektivi aprelin 14-24-də Türkiyənin Konya şəhərində keçiriləcək Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İki min nəfəs – bir səs” adlı festivalda kollektivin ifasında türk dramaturqu Tuncər Cücənoğlunun “Uçqun” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rolları əməkdar artistlər Səidə Quliyeva, Telman Əliyev, Kazım Abdullayev, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, artistlər İlyas Əhmədov, Vəfa Rzayeva, İradə Həsənova, Məzahir Cəlilov, Elnur Qədirov ifa edirlər. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR