Bank Of Baku

Aprelin sonunda İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

Aprelin sonunda İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
# 01 aprel 2009 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İran İslam Respublikasında Azərbaycan mədəniyyət həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət həftəsi 21-25 aprel tarixlərində gerçəkləşəcək. Beş gün müddətində İranda Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsertlərin, film nümayişlərinin və Azərbaycan rəssamlarının sərgilərinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyət həftəsindən əvvəl isə İran televiziyasında rejissor Ziya Şıxlinskinin “Azərbaycan motivləri” filmi nümayiş olunacaq. Məlumatda bildirilib ki, artıq bu film Azərbaycanın İrandakı səfirliyinə göndərilib. Filmdə Azərbaycanın mədəniyyətindən və tarixi abidələrindən bəhs edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR