Bank Of Baku

Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı başlayıb

Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı başlayıb
# 02 aprel 2009 10:39 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncə şəhərindəki Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı başlayıb. Festival Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunub. APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhəri və 15 rayonun təmsilçilərinin iştirak etdiyi festivalda müxtəlif sənət növləri nümayiş etdirilib. Festivala ilin sonunda Bakıda yekun vurulacaq. Regionlardan seçilmiş ən yaxşı əsərlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq Tarix Diyarşünaslıq Muzeyinə, Xalça Muzeyinə və Dövlət Rəsm Qalereyasına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR