Bank Of Baku

Qubada II Ümumrespublika Kitab Festivalı keçirilib

Qubada II Ümumrespublika Kitab Festivalı keçirilib
# 02 aprel 2009 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Quba rayonunda II Ümumrespublika Kitab Festivalı keçirilib. APA-nın məlumatına görə, kitab festivalı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Quba rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Quba rayonunun mərkəzi meydanında açıq havada keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri, yazıçılar Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Sevinc Nuruqızı iştirak ediblər. Festivalda maraqlı viktorinalar, nağıl qəhrəmanlarının paradı, rəsm müsabiqəsi, rayon musiqi məktəbinin hazırladığı maraqlı konsert proqramı təşkil olunub. Kitab sərgisində respublikanın müxtəlif nəşriyyatları tərəfindən çap olunmuş 25 adda uşaq kitablar nümayiş etdirilib. Təşkil olunmuş kitab yarmarkasında simvolik olaraq bir çox nəşriyyatlar öz kitablarının satışı da həyata keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR