Bank Of Baku

Nazir müavini: “Gəncə Dövlət Filarmoniyasının inşasına hökumətin qərarından sonra başlanacaq”

Nazir müavini: “Gəncə Dövlət Filarmoniyasının inşasına hökumətin qərarından sonra başlanacaq”
# 03 aprel 2009 13:51 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə inşa olunacaq yeni filarmoniya binasının artıq bir necə ildir ki, layihə-smeta sənədləri hazırdır. Bunun üçün büdcədən 16 milyon manat vəsait də ayrılıb. APA-nın qərb bürosunun məlumatına görə, “Bakı” kinoteatrının yerində ucaldılacaq yeni binanın 3 mərtəbədən ibarət olması nəzərdə tutulub. Filarmoniyanın konsert zalının tutumu 900 nəfər olacaq. Ötən gün Gəncədə səfərdə olan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev APA-nın yerli bürosuna bildirib ki, nazirliyin xətti ilə tikiləcək Gəncə Dövlət Filarmoniyasının yeni binası çoxsahəli mədəniyyət mərkəzi kimi istifadə olunacaq. Yeni tikiləcək binada kino, teatr, konsertlər nümayiş etdirmək imkanları olacaq. Nazir müavini inşaat işlərinin yaxın vaxtlarda başlanacağına ümidvar olduğunu bildirib: “Artıq layihə sənədləri hazırdır. Hökumət qərar qəbul eləyən kimi tikintiyə başlanacaq”.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının və Bakı Kinoteatrının bərpası mümkün olmadığı üçün iki mədəniyyət obyektinin əvəzinə yeni binanın tikilməsinə qərar verilib. Hazırkı Filarmoniya Gəncə çayının sahilində yerləşdiyi üçün binanın divarlarını su yuyub, taxta döşəməsi çürüyüb, pilləkənləri isə dağılıb. Yeni Filarmoniyanın inşası üçün nəzərdə tutulan 16 milyon manat vəsait 2007-ci ildə ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR