Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorları Şurasının II konfransı keçiriləcək

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorları Şurasının II konfransı keçiriləcək
# 06 aprel 2009 15:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 20-21-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli Kitabxana direktorları Şurasının II konfransı keçiriləcək. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, konfrans Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Milli Kitabxana direktorlarının və EKO-nun Mədəniyyət İnstitutunun iştirakı ilə keçiriləcək. II konfransın əsas məqsədi qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun Milli Kitabxanaların təşkili və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir.
Qeyd edək ki, EKO-ya üzv ölkələrin Milli Kitabxana direktorları Şurasının I konfransı
2007-ci ildə Tehranda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR