Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Teatrı Moskvada keçirilən Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib

Azərbaycan Dövlət Akademik Milli Teatrı Moskvada keçirilən Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib
# 07 aprel 2009 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Teatrı Moskvada keçirilən “Teatr PRO 2009” Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgi-yarmarkada teatra həsr edilmiş stenddə son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa və proqramları, eləcə də videoyazıları nümayiş olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan Azərbaycan Milli Teatrının stendi ilə çoxsaylı teatr professionalları və rəsmiləri, o cümlədən Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri M. Şvıdkoy və “Qızıl Maska” festivalının baş direktoru M. Revyakina da tanış olublar. Görüş zamanı Azərbaycan və Rusiya teatrları arasındakı uzunmüddətli əlaqələrin bərpasının vacibliyi vurğulanıb. Stendin qonaqları teatrın loqotipi ilə hazırlanmış hədiyyə və suvenirləri məmnuniyyətlə qəbul ediblər. Azərbaycan Dövlət Akademik Milli Teatrı diplomla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR