Bank Of Baku

Teatr sahəsində kadr islahatları aparılıb

Teatr sahəsində kadr islahatları aparılıb
# 08 aprel 2009 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın teatr sahəsində kadr islahatları olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə aprelin 7-də əməkdar artist Mübariz Həmidov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, xalq artist Cənnət Səlimova həmin teatrın baş rejissoru, Həsən Həsənov direktor müavini vəzifələrinə təyin edilib.

Əməkdar incəsənət xadimi Rəhman Əlizadə Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Loğman Kərimov Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Nazir Rüstəmov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Elman Rəfiyev isə Azərbaycan Dövlət Pantomima Teatrının direktoru vəzifəsinə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR