Bank Of Baku

Azərbaycan səhnəsinə yeni Leyli və Məcnun gəlir

Azərbaycan səhnəsinə yeni Leyli və Məcnun gəlir
# 08 aprel 2009 12:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tamaşaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yeni Leyli və Məcnun izləyəcəklər. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 3-də nümayiş etdiriləcək “Leyli və Məcnun” operasında Vüsalə Musayeva Leyli rolunda, İlkin Əhmədov isə Məcnun rolunda debüt edəcəklər.

Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyətində gənclərin önə çıxmasına böyük əhəmiyyət verir. Teatr rəhbərliyinin Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, A. Zeynallı adına Bakı Musiqi Kolleci və digər tədris ocaqları ilə sıx əməkdaşlığı nəticəsində gənc və istedadlı muğam və vokal ifaçıları aşkar edilərək, teatra cəlb olunublar.

Teatrdan son illər keçirilən muğam müsabiqələrinin də opera səhnəsinə gənc muğam ustalarının gəlişinə müsbət təsirini göstərdiyi qeyd olunub. 2005-ci ildə keçirilən Ü. Hacıbəyov adına I ümumrespublika müsabiqəsini qalibləri Təyyar Bayramov, Elnur Zeynalov və Elşad Aydınoğlu artıq teatrın solistləridirlər.

V. Musayeva və İ. Əhmədov da həmin müsabiqənin iştirakçısıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR