Bank Of Baku

Kinorejissor Tofiq İsmayılovun 70 illik yubileyi qeyd edilib

Kinorejissor Tofiq İsmayılovun 70 illik yubileyi qeyd edilib
# 08 aprel 2009 16:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kinorejissor, yazıçı və pedaqoq, xalq artisti Tofiq İsmayılovun anadan olmasının 70 illiyinə və sənət fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Tofiq İsmayılovun Azərbaycan milli kino sənətinin inkişafında fəaliyyətdən danışıb. Digər natiqlər də T. İsmayılovun xidmətlərini qeyd ediblər. Yubiley gecəsində T. İsmayılovun sənət və yaradıcılığından bəhs edən fotosərgi və rejissorun çəkdiyi filmlərdən fraqmentlər də nümayiş olunub.
Xatırladaq ki, T. İsmayılov 30-a yaxın bədii və sənədli filmə quruluş verib, 6 bədii kitabın, “Türkdilli xalqların sineması” adlı 3 cildlik elmi nəşrin, kino sənəti problemlərinə dair 100-dən artıq elmi məqalənin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR