Bank Of Baku

Heydər Əliyev Sarayında “Hökmdarın taleyi” filminin geniş premyerası keçiriləcək

Heydər Əliyev Sarayında “Hökmdarın taleyi” filminin geniş premyerası keçiriləcək
# 09 aprel 2009 14:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 22-də Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında Elçin Əfəndiyevin ssenarisi ilə çəkilən “Hökmdarın taleyi” filminin geniş şəkildə ilk premyerası keçiriləcək. Bu barədə APA-ya filmin hazırlandığı “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzinin və filmin baş prodüseri Vaqif Əsədullayev məlumat verib. O bildirib ki, film Heydər Əliyevin 2000-ci ildə imzaladığı “İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncam əsasında hazırlanıb.

Xatırladaq ki, “Hökmdarın taleyi” filmi 2 ilə çəkilib. Ramiz Fətəliyev və Dilşad Fatxulinin quruluş verdiyi filmin quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlarla master-klass keçib, həm də baş rolu - İbrahimxəlil xan obrazını canlandırıb.

Filmin premyerasının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR