Bank Of Baku

Azərbaycan 42-ci Beynəlxalq Hyuston kinofestivalında təmsil olunacaq

Azərbaycan 42-ci Beynəlxalq Hyuston kinofestivalında təmsil olunacaq
# 10 aprel 2009 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan 42-ci Beynəlxalq Hyuston kinofestivalında təmsil olunacaq. Festivalda dövlət sifarişi ilə “Ritm production”da istehsal olunan “40-cı qapı” bədii filmi nümayiş olunacaq. “Ritm production”dan APA-ya verilən məlumata görə, festivalda filmin rejissoru Elçin Musaoğlu da iştirak edəcək. 42-ci Beynəlxalq Hyuston kinofestivalı 17-26 aprel tarixlərində baş tutacaq.
Qeyd edək ki, “40-cı qapı” filminin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR