Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq kinoforumda təmsil olunacaq

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq kinoforumda təmsil olunacaq
# 10 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan bu ilin mayın ilk ongünlüyündə Moskvada keçiriləcək IV “Yaşamaq zamanıdır-2009” beynəlxalq Kinoforumunda təmsil olunacaq. Kinoforumda “Salnamə” sənədli filmlər studiyasının rejissoru Tahir Əliyevin istehsal etdiyi “Səhra gülü” 26 dəqiqəlik sənədli film nümayiş olunacaq. APA-nın festivalın İnternet saytına istinadən yaydığı məlumata görə, film festival çərçivəsində keçiriləcək qısametrajlı sənədli filmlər müsabiqəsində iştirak edəcək. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Latviya, Yunanıstan, Gürcüstan, Qazaxıstan, İsrail, Rumıniya, ABŞ, İtaliya, Almaniya, Finlandiya, Niderland, Ukrayna, Ermənistanın istehsal etdiyi filmlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR