Bank Of Baku

Macarıstanda Azərbaycan Kinosu Həftəsi keçiriləcək

Macarıstanda Azərbaycan Kinosu Həftəsi keçiriləcək
# 11 aprel 2009 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayın 6-16-da Budapeştdə (Macarıstan) Azərbaycan Kinosu Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin proqramına yeni filmlərimizdən «40-cı qapı», «Gün aydın, mələyim», «Hökmdarın taleyi», «Girov», «Əlvida cənub şəhəri», «Hər şey yaxşılığa doğru», «Özgə vaxt», «Ovsunçu», eləcə də ötən illərin filmlərindən «O olmasın, bu olsun», «Şərikli çörək», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud» və başqa filmlər daxil edilib.
Azərbaycan Kino Həftəsi çərçivəsində Budapeştə səfər edəcək Azərbaycan kinematoqrafçılarından ibarət nümayəndə heyəti, o cümlədən aktyorlar Fuad Poladov, Ayan Mirqasımova, Mehriban Zəkinin və başqalarının macar tamaşaçıları, həmkarları ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Bu müddət ərzində Azərbaycan kinematoqrafçıları Macarıstanın kino sənayesi ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR