Bank Of Baku

Kamal Xudaverdiyevin anım mərasimi keçirilib

Kamal Xudaverdiyevin anım mərasimi keçirilib
# 13 aprel 2009 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Kamal Xudaverdiyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov mərhum aktyorun həyat və yaradıcılığından söz açıb, aktyorun unudulmaz rollar yaratdığını bildirib: “Kamal Xudaverdiyev sözü vaxtında deməyi xoşlayırdı. Onun Azərbaycan filmlərində, Akademik Dövlət Milli Teatrda hazırlanan tamaşalarda yaratdığı obrazları unutmaq mümkün deyil. Çox təəssüf ki, o, artıq aramızda yoxdur”.

Anım tədbirində çıxış edən sənətşünas Məryəm Əlizadə isə K. Xudaverdiyevin səhnə fəaliyyətinə nəzər salıb, onun Azərbaycan mədəniyyətində misilsiz xidmətləri olduğunu vurğulayıb. K. Xudaverdiyevin 1965-ci ildən Akademik Milli Teatrda işləməyə başladığını deyən M. Əlizadə onun “Yalan” da Fərman, “Xoşbəxtlər”də Sadıq, “Məhv olmuş gündəliklər”də Ədalət, “Mahnı dağlarda qaldı”da Bahadır, “Vaqif”də Eldar, “Qılınc və qələm”də Fəxrəddin, “Fəryad”da Nəsimi, “Dar ağacı”nda Aqşin və digər tamaşalarda yaddaqalan obrazlar yaratdığını qeyd edib. Anım mərasimində K. Xudaverdiyevin oynadığı tamaşalardan fraqmentlər də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR