Bank Of Baku

Gəncədə qərb bölgələri üzrə xor müsabiqəsi başlanıb- FOTO

Gəncədə qərb bölgələri üzrə xor müsabiqəsi başlanıb-<font color=red> FOTO</font>
# 14 aprel 2009 11:40 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün Gəncə şəhərində Azərbaycanın qərb bölgələri üzrə 6-cı xor müsabiqəsinə start verilib. APA-nın qərb bürosunun məlumatına görə, müsabiqədə Gəncə və Mingəçevir şəhərlərindən, o cümlədən bölgənin 20 rayonundan bütün musiqi məktəblərinin xor kollektivləri iştirak edirlər. Gəncə şəhərindəki Nizami adına Kitabxananın zalında düzənlənən müsabiqə 3 gün davam edəcək. Müsabiqə Gəncə şəhər 1 saylı musiqi məktəbinin xor kollektivinin ifasında “Gəncəm” mahnısıyla açılıb. Daha sonra səhnəyə Gəncənin daha 4 xor kollektivi çıxıb. Bugünkü yarışmanı Göygöl rayonunun təmsilçiləri davam etdirəcəklər.
Müsabiqəyə aprelin 16-da yekun vurulacaq və ertəsi gün nəticələr elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR