Bank Of Baku

Bəstəkar Şəfiqə Axundovanın 85 illik yubileyi Şəkidə qeyd olunacaq

Bəstəkar Şəfiqə Axundovanın 85 illik yubileyi Şəkidə qeyd olunacaq
# 14 aprel 2009 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şərqdə ilk qadın opera müəllifi, xalq artisti Şəfiqə Axundovanın 85 illik yubileyi Şəkidə qeyd olunacaq. Ş. Axundovanın ailəsindən APA-ya verilən məlumata görə, yubiley tədbirinin yayda keçirilməsi nəzərdə tutulur. 85 illik yubiley mərasimində Ş. Axundovanın özünün də iştirakı nəzərdə tutulur. Məlumatda o da bildirilir ki, bir müddət əvvəl səhhətində problemlər yaranan bəstəkar hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, Ş. Axundova “Gəlin qayası” operası, «Ev bizim, sirr bizim”» operettasının, bir çox filmlərə yazılan musiqilərin, həmçinin müxtəlif mahnıların müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR