Bank Of Baku

ABŞ-dan iki mədəniyyət elçisi Bakıya gəlib

ABŞ-dan iki mədəniyyət elçisi Bakıya gəlib
# 15 aprel 2009 11:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə amerikalı prodüserlər, mədəniyyət elçiləri Ceymi Lukas və Kris Olsen Bakıya gəliblər. Bu barədə APA-ya səfirliyin ictimai diplomatiya üzrə müşaviri Dmitri Taraxovski məlumat verib. Səfərdə məqsəd İncəsənət Universitetinin müəllim və tələbələrini, eləcə də azərbaycanlı tamaşaçıları Amerikan müzikl janrı ilə tanış etmək, həmçinin Azərbaycan mədəniyyəti ilə tanışlıqdır. Azərbaycanda “Broadway in Baku” layihəsini həyata keçirən qonaqlar artıq İncəsənət Universiteti və Musiqi Akademiyasında işə başlayıblar. Onlar adı çəkilən təhsil ocaqlarının tələbələri ilə birlikdə Amerikan janrına uyğun iki ayrı tamaşa hazırlamağı planlaşdırır. Səfər mayın 3-nə qədər davam edəcək.

İyunun 8-də isə ABŞ-dan “Bryan Horton Quartet” caz qrupunun Bakıya gəlişi gözlənilir. Qrup Bakıda üç konsert verəcək və bəzi musiqi məktəblərində master-klasslar keçəcək. Qrup bölgə turnesi çərçivəsində Türkiyə, Gürcüstan və Özbəkistanda da olacaq. D. Taraxovski iyunun sonunda ABŞ-ın “Country Music Bands” qrupunun da Azərbaycana gələcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR