Bank Of Baku

Azərbaycan prezidenti İraqın turizm və tarixi abidələr nazirini qəbul edib

Azərbaycan prezidenti İraqın turizm və tarixi abidələr nazirini qəbul edib
# 15 aprel 2009 12:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı Azərbaycanın İraqla münasibətlərin inkişaf etdirilməsində və fəal əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Prezident deyib ki, İraqın turizm və tarixi abidələr nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirmək və Azərbaycanla tanışlıq baxımından əhəmiyyətli olacaq.

Öz növbəsində, qonaq İraqın çətin vaxtlarında Azərbaycan xalqının göstərdiyi dəstəyi minnətdarlıqla qeyd edib. O, Azərbaycanın və İraqın turizm və tarixi abidələr sahəsində əməkdaşlığını müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR