Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanla İraq arasında həm turizm, həm də mədəniyyət sahəsində mübadilə mümkündür” - FOTO

Əbülfəs Qarayev: “Azərbaycanla İraq arasında həm turizm, həm də mədəniyyət sahəsində mübadilə mümkündür” - <font color=red>FOTO</font>
# 15 aprel 2009 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev VIII Azərbaycan Beynəlxalq Turizm Sərgisində iştirak etmək Azərbaycana səfər edən İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadini qəbul edib. APA-nın məlumatına görə, görüşdə hər iki ölkə naziri mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Görüşdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İraqın Dağlıq Qarabağ problemində Azərbaycana dəstək olduğunu yüksək qiymətləndirdiyini vurğulayıb: “Dörd günlük səfəriniz çərçivəsində bizim bir çox söhbətlərimiz olacaq və bu günlər ərzində Azərbaycanın tarixi abidələri, turizm və mədəniyyət sahəsindəki uğurları ilə əyani şəkildə tanış olacaqsınız. Azərbaycanla İraq arasında həm turizm, həm də mədəniyyət sahəsində mübadilə mümkündür. Bu gün İraq ağır bir keçmişi geridə qoyaraq yeni dövrə qədəm basıb. İraqdakı tarixi abidələrin bərpası, turizm və mədəniyyət obyektlərinin tikintisində biz də sizə dəstək olacağıq. Biz həm texniki avadanlıqlar baxımında, həm də kadrlarımızı layihələrinizə cəlb etməklə yardım edə bilərik. Bu gün İraqda Türk dünyasının dahi şairi Məhəmməd Füzulinin məqbərəsi yerləşir və İraq torpağı hər bir azərbaycanlı üçün çox dəyərlidir”.

Ə. Qarayev onu da qeyd edib ki, İraqla həm turizm, həm də tarixi abidələrin qorunması və saxlanılması sahəsində əməkdaşlıq etmək vacibdir: “Dörd ay müddətinə iki protokol hazırlanacaq. Növbəti səfəriniz zamanı isə biz artıq qarşılıqlı əməkdaşlıqla bağlı protokolları imzalayarıq. Biz Azərbaycanda turizm təhsil ocaqlarında iraqlı tələbələr üçün xüsusi yerlərin ayrılması məsələsini də irəli sürəcəyik”. İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadi Azərbaycana səfərindən çox məmnun olduğunu dilə gətirib. Azərbaycan ölkəsinə, xalqına çox böyük dəyər verdiklərini diqqətə çatdıran nazir, bu qardaşlığın daha da möhkəmlənməsi üçün qarşılıqlı əməkdaşlığı vacib sayıb: “Biz ümid edirik ki, Azərbaycanla mədəniyyət və turizm sahəsində əməkdaşlıq davam edəcək. İki ölkə arasında təcrübə mübadiləsinin aparılmasına çalışacağıq. Çox istəyirik ki, Azərbaycanın təcrübəsini İraqda, İraqın təcrübəsini isə Azərbaycanda yayaq. İraqdan turizmlə əlaqədar xüsusi qruplar Azərbaycana gəlsin və təcrübə keçsinlər. Biz bir çox ərəb ölkələri ilə qarşılıqlı protokol imzalamışıq və Azərbaycan da bu protokolun imzalanmasını istəyirik”. Görüşdə İraqın Azərbaycandakı səfiri Ərşad İsmayıl Ömər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR