Bank Of Baku

Qazaxıstanda “Dil – dostluq bayramı” devizi altında mahnı və rəqs festivalı keçirilib - FOTOSESSİYA

Qazaxıstanda “Dil – dostluq bayramı” devizi altında  mahnı və rəqs festivalı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 aprel 2009 17:02 (UTC +04:00)
Qazaxıstan. Ləman Ağayeva-APA. Qazaxıstan Xalqlar Assambleyası tərəfindən bu ölkədə yaşayan xalqların “Dil – dostluq bayramı” devizi altında mahnı və rəqs festivalı keçirilib. APA-nın Qazaxıstan müxbirinin məlumatına görə, mərhələ şəklində keçirilən festivalda özbək, dunqan diasporları ilə yanaşı Astana şəhərindəki “Xəzər” Azərbaycan cəmiyyətinin də eyniadlı musiqi və rəqs ansamblı iştirak edib. Festivalda Azərbaycan xalq mahnıları, muğamlarından və milli rəqslərindən ibarət musiqi nömrələri səsləndirilib. Azərbaycan “Xəzər” ansamblının tərkibində məşhur qazax skripkaçısı Musaxan Turundayev “Ayrılıq” mahnısını səsləndirib. Uşaqlardan ibarət “Cücələrim” rəqs qrupu da tamaşaçı alqışları ilə müşayiət edilib. Festivalın sonunda “Xəzər” ansamblının üzvü İlqar Ağayev iki mahnı və bir rəqs nömrəsi ilə mayın 1-də keçiriləcək qala konsertə vəsiqə alıb. Festivalın münsiflər heyəti tərəfindən ansamblın üzvlərinə və Xəzər Cəmiyyətinə qiymətli hədiyyələr və diplomlar da verilib.
“Xəzər” cəmiyyətinin sədr müavini Mütəllim Məhərrəmov APA-ya bildirdib ki, Xəzər cəmiyyəti artıq 10 ildir ki, Qazaxıstanın ictimai-məişət və mədəni-siyasət həyatında yaxından iştirak edir. Belə festivalın keçirilməsi burada yaşayan xalqların birliyinin daha da möhkəmlənməsinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR