Bank Of Baku

Azərbaycanda Beynəlxalq Abidələr Günü qeyd olunacaq

Azərbaycanda Beynəlxalq Abidələr Günü qeyd olunacaq
# 16 aprel 2009 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycanın bütün tarix-mədəniyyət qoruqlarında tədbirlər və “açıq qapı” günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, gün ərzində qoruqlara giriş və ekskursiyalar pulsuz olacaq. Aprelin 18-də Beynəlxalq Abidələr Günü münasibətilə Hacıqabulun “Pir Hüseyn” tarix-memarlıq qoruğunda “Pir-Hüseyn – islam mədəniyyətinin bir ocağı” adlı tədbir keçiriləcək. Aprelin 20-də Şirvanşahlar Sarayı Kompleksində “Qədim “Quran”lar” adlı sərginin keçirilməsi nəzərdə tutulur. Sərgidə 200-ə yaxın qədim “Quran” kitabı nümayiş etdiriləcək. Aprelin 24-də isə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ümumşəhər dekorativ-tətbiqi sənət sərgisi və konsert təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR