Bank Of Baku

Azərbaycanın xalq artisti Ramiz Mirişlinin yubileyi qeyd olunub

Azərbaycanın xalq artisti Ramiz Mirişlinin yubileyi qeyd olunub
# 17 aprel 2009 17:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, görkəmli bəstəkar, “Şöhrət” ordenli Ramiz Mirişlinin 75 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, yubiley mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev çıxış ediblər. Onlar yubilyarın yaradıcılığına yüksək qiymət verib, onun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolundan danışıblar. Ə. Vəliyev gənclər və idman naziri Əbülfəs Qarayevin, Həsən Hacıyev isə Naxçıvan MR Ali Sovetinin sədri Vasif Talıbovun təbrik məktublarını oxuyub.

İki hissədən ibarət yubiley proqramında bəstəkarın “Azərbaycanım” kantatası, “Oxu tar” balladası, “Məşəl kimi yanan ürək” odası və digər əsərləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası (bədi rəhbər xalq artisti Gülbacı İmanova) tərəfindən səslənib.

Yubiley mərasimində tanınmış müğənnilər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR