Bank Of Baku

Qobustanda “Qobustan pirləri” adlı təqdimat keçirilib

Qobustanda “Qobustan pirləri” adlı təqdimat keçirilib
# 18 aprel 2009 10:18 (UTC +04:00)
Qobustan. Kəmalə Quliyeva – APA. Bu gün “Bakı - İslam mədəniyyətinin paytaxtı 2009” Mədəniyyət İli çərçivəsində Qobustanda “Qobustan pirləri” adlı təqdimat keçirilib. APA-nın məlumatına görə, tədbirdə KİV nümayəndələri, xarici qonaqlar, tələbələr iştirak edib.

Qonaqlar öncə “Qara atlı” pirini ziyarət ediblər. Tədbirin birinci hissəsində “Qobustan pirləri” adlı foto sərgi və eyni adlı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində isə “Dərviş rəqsi” adlı balet kompozisiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblının çıxışı olub. Tədbirin sonunda xalq tətbiqi sənəti nümunələrinin nümayiş və satışı keçirilib. Tədbirdə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də iştirak edib. O, Qobustanı artıq 10-cu dəfə ziyarət etdiyini deyib.

Qeyd edək ki, Bakıdan 70 km aralıda yerləşən Qobustan qədim tarixə malik mədəni məkanlardan biridir. Qobustan ərazisində “Qara atlı”, “Diri baba”, “Şıxeyib baba”, “Sofi novruz” və s. pirlər əsirlər boyu müqəddəs hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR