Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransı öz işinə başlayıb

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransı öz işinə başlayıb
# 20 aprel 2009 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün “Bakı-İslam mədəniyyətinin paytaxtı -2009” tədbirləri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransı öz işinə başlayıb. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuş konfrans Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın milli kitabxana direktorlarının və EKO-nun Mədəniyyət İnstitutunun nümayəndələrinin iştirakı ilə keçirilir. Konfransdan əvvəl Milli Kitabxanada “İslam mədəniyyəti kitab səhifələrində” beynəlxalq kitab sərgisinin açılışı olub. Sərginin ekspozisiyasında hər bir ölkənin milli kitabxana fondundan 40-50 kitab nümayiş olunub. Bu kitabların əksəriyyəti sərgidən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq. Konfransın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar keçirilən növbəti tədbir kitablarla əlaqədardır. Bu isə elmin daşıyıcısı olan kitablara İslam aləmində nə qədər böyük əhəmiyyət verildiyinin göstəricisidir.
Aprelin 21-də konfrans öz işini davam etdirərək EKO-ya üzv ölkələrin milli kitabxanalarının Direktor Şurasının vahid portalının yaradılması, türk xalqlarının görkəmli şəxsiyyətlərinin yubileyinin İslam dünyasında qeyd olunması və s. məsələləri müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR