Bank Of Baku

Bakıda “Qurani-Kərim” kitablarının sərgisi açılıb

Bakıda “Qurani-Kərim” kitablarının sərgisi açılıb
# 20 aprel 2009 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Şirvanşahlar Sarayında Mədəniyyət və Turizm Nazirliyinin, “Şəms” Qadınlar Birliyinin təşkilatçılığı ilə “Qurani-Kərim” kitablarının sərgisi açılıb. APA-nın məlumatına görə, sərgidə ayrı-ayrı şəxslərdən yığılmış 200-ə qədər qədim əlyazma və müasir çap olunmuş təfsirlər, başqa islami atributların nümayişi keçirilib. Aşxabad zəlzələsindən, seldən, yanğından çıxmış, vaxtilə Şuşa qalasında, Bərdədən və başqa rayonlarda evlərin divarlarına hörülmüş, quyularda gizlədilmiş “Quran” kitabları sərgidə nümayiş etdirilib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Rizvan Bayramov sərgidə maral, keçi dərisi ilə cildlənmiş, qızıl suyu ilə yazılmış və miniatür “Quran” kitabələrinin təqdim olunduğunu qeyd edib. O bildirib ki, “Qurani-Kərim” Allah-Təalanın qüdrət və əzəmətini, əzəli və əbədi varlıq olmasını tərənnüm edən ilahi bir kitabdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR