Bank Of Baku

Mehdi Hüseynin, Rza Əfqanlının, Molla Vəli Vidadinin və Hacımurad Yegizarovun yubileyləri qeyd olunacaq

Mehdi Hüseynin, Rza Əfqanlının, Molla Vəli Vidadinin və Hacımurad Yegizarovun yubileyləri qeyd olunacaq
# 21 aprel 2009 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xalq yazıçısı Mehdi Hüseynin 100 illiyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, iyunda keçirilməsi nəzərdə tutulan yubiley Azərbaycan Dövlət Musiqi Komediya Teatrında baş tutacaq. Məlumata görə, dövlət mükafatı laureatı, xalq artisti Rza Əfqanlının da 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Tədbir Akademik Milli Dram Teatrı tərəfindən təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan şairi Molla Vəli Vidadinin də yubileyinin keçirilməsi planlaşdırılır. Molla Vəli Vidadinin 300 illik yubileyinə artıq hazırlıq başlanılıb. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Hacımurad Yeqizarovun da 70 illik yubileyi qeyd olunacaq. Yubiley tədbirinin onun doğum günündə iyulun 18-də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR