Bank Of Baku

Ramiz və Eyyub Quliyevlər Polşada konsert proqramı ilə çıxış edib

Ramiz və Eyyub Quliyevlər Polşada konsert proqramı ilə çıxış edib
# 21 aprel 2009 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Polşanın Koşalin şəhərində S. Monyuşko adına Dövlət Filarmoniyasının Böyük zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, dirijor Əyyub Quliyevin Polşanın məşhur musiqi kollektivlərindən olan Koşalin Dövlət Filarmonik Orkestri ilə birgə konserti olub. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, həmin gecə onun dirijorluğu altında Koşalin Filarmoniyasının orkestri Vagnerin "Loengrin" operasının I pərdəsinə “Giriş” və Bethovenin 7-ci simfoniyasını ifa edib. Həmçinin, Koşalin şəhərində ilk dəfə olaraq professor Ramiz Quliyevin ifasında görkəmli Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun tar və simfonik orkestr ucun 1 saylı konserti və Həsən Rzayevin “Cahargah” rapsodiyası səslənib.

Ramiz Quliyev Polşa musiqisinin ən parlaq nümunələrindən olan M. Oginskinin “Polonezi” əsərini də Koşalin Filarmoniyasının Orkestrinin müşayiəti ilə ifa edib.

Konsertdən sonra Koşalin Filarmoniyasının rəhbərliyi Azərbaycan musiqiçilərinə yeni konsert layihəsi ilə bağlı dəvətlə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR