Bank Of Baku

Nazir: “Dövlət mühafizəsinə götürülən abidələrin əhəmiyyət dərəcəsinə görə yeni siyahısının layihəsi hazırlanıb”

Nazir: “Dövlət mühafizəsinə götürülən abidələrin əhəmiyyət dərəcəsinə görə yeni siyahısının layihəsi hazırlanıb”
# 23 aprel 2009 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxananın və Gəncə Dövlət Filarmoniyasının layihələşdirilməsi işləri başa çatmaq üzrədir. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin bu ilin I rübünün yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, “Nizami” kinoteatrında, Azərbaycan Dövlət Milli Dram və Mingəçevir Dövlət teatrlarında bərpa və yenidənqurma işləri, Bakı şəhərində Azərbaycan Xalça Muzeyinin yeni binasının tikintisi, Qobustan Dövlət tarix-bədii qoruğunun muzey və inzibati binasının inşası və ətraf sahənin abadlaşdırılması işləri aparılır: “Respublikada gedən teatr prosesini canlandırmaq və yaradıcı kollektivlərin bədii axtarışlarına yardım etmək məqsədi ilə son iki ildə 196 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanıb. Cari ildə isə dövlət sifarişi ilə 40-a yaxın yeni tamaşanın hazırlanması nəzərdə tutulub”.
Nazir bu gün teatr binalarının əksəriyyətinin müasir standartlara uyğun şəkildə təmir olunmasına baxmayaraq, tamaşaçı kütləsini teatrlara cəlb etmək üçün yüksək səviyyəli tamaşaların hazırlanmasını vacib hesab edib.
Tarix və mədəniyyət sərvətlərinin etibarlı şəkildə qorunması, mühafizəçilərin sayının artırılması, qoruq zonalarda torpaqların qanunsuz istifadəsinə son qoyulması da günün zəruri məsələlərindəndir. Ə. Qarayev mədəni irsin qorunması ilə əlaqədar verilən tapşırıqlara əsasən son iki il ərzində ölkədə yerləşən abidələrin monitorinqinin keçirildiyini də müşavirə iştirakçılarının diqqətinə çatdırıb: “Dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə yeni siyahısının layihəsi hazırlanıb. Son iki ildə “Atəşgah məbədi”, “Xınalıq”, “Keşikçidağ” və “Yanardağ” qoruqları yaradılıb, qədim Şəmkir və Göygöl şəhərlərinin tarixi hissəsinin qoruq elan edilməsi ilə bağlı artıq təkliflər təqdim olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR