Bank Of Baku

Lənkəranda Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Lənkəranda Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib
# 23 aprel 2009 14:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 23-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında respublika Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə cənub bölgəsinin 6 rayonunun icra strukturları başçıları, mədəniyyət və turizm şöbələri müdirləri, turizm-istirahət mərkəzləri rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə mədəniyyət naziri Əbülfəs Qarayev açıb. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş bölməsinin müdiri Azər Əhmədzadə, həmçinin Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri çıxış edərək, görülmüş işlər və mövcud problemlər barədə danışıblar. İclasda bölgədəki 9 kino-teatrdan heç birinin işləmədiyi, 67 turizm mərkəzindən 30-nun indiyədək lisenziya almadığı xüsusi vurğulanıb. İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR