Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyində Fikrət Əmirovun xatirəsinə həsr edilmiş konsert keçiriləcək

Azərbaycan Dövlət İncəsənət Muzeyində Fikrət Əmirovun xatirəsinə həsr edilmiş konsert keçiriləcək
# 27 aprel 2009 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət İncəsənət Muzeyində Fikrət Əmirovun xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunacaq. APA-nın məlumatına görə, konsert Azərbaycan Dövlət İncəsənət Muzeyi və “Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konsertdə 12 saylı uşaq musiqi məktəbinin, Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin və Əfrasiyab Bədəlbəyli adına 23 saylı uşaq musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini səsləndirəcək. Aprelin 29-da keçiriləcək konsertdə həmçinin Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən portret və heykəltəraşlıq əsərlərindən ibarət sərgi də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR