Bank Of Baku

Hacı Xanməmmədov və Soltan Hacıbəyov yad edilib

Hacı Xanməmmədov və Soltan Hacıbəyov yad edilib
# 28 aprel 2009 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətinin müvəqqəti yerləşdiyi İncəsənət Gimnaziyasında elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü əsasında bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyovun 90 illik yubileyi münasibətilə təşkil olunub. Tədbirdə çıxış edən professor Vaqif Əbdülqasımov yubliyarların həyat və yaradıcılığından danışıb. O, H. Xanməmmədovla bağlı xatirələrini də bölüşüb. Musiqişünaslar Fazilə Nəbiyeva, Pərvanə Rzayeva, Şəva Əliyeva “Tar və simfonik orkestr üçün konsert”, “Soltan Hacıbəyov – Üzeyir Hacıbəyov ənənələrinin davamçısı” və digər mövzularda çıxışlar ediblər. Sonda Milli Konservatoriyanın tələbələrinin iştirakı ilə yubilyarların mahnı yaradıcılığından seçmələr səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR