Bank Of Baku

Dövlət Musiqili Komediya Teatrı 28 May - Respublika Günündə Moskvada çıxış edəcək

Dövlət Musiqili Komediya Teatrı 28 May - Respublika Günündə Moskvada çıxış edəcək
# 28 aprel 2009 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yüz illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “Azərbaycan! Səni tərənnüm edirik!” proqramı ilə növbəti səfərini 28 May - Respublika Gününə həsr edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın APA-ya verdiyi məlumata görə, qastrol səfərləri əvvəlcə ölkənin rayonlarına planlaşdırılır. Mayın 4-də Azərbaycanın xalq artisti Afaq Bəşirqızının iştirakı ilə gülüş ustalarından ibarət böyük bir qrup Yevlaxda Bəşir Səfəroglu adına Xalq Teatrının yenicə istifadəyə verilmiş binasında tamaşaçılarla görüşəcək. Salyanda təşkil olunacaq proqramda isə Azərbaycanın xalq artistləri Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Naibə Allahverdiyeva, Xanım Qafarova, gülüş ustaları Elçin Həmidov, Çingiz Əhmədov, Novruz Qartal və başqaları çıxış edəcəklər. Konsertdə tamaşalardan parçalar təqdim ediləcək, teatrın gənc solistləri İnarə Babayeva, Fərid Əliyev və Ramil Qasımovun ifasında mahnılar səslənəcək.

Mayın 28-də isə kollektiv Moskvada çıxış edəcək. Respublika Günü münasibətilə Rusiyanın paytaxtında qonaq olacaq artistlər tamaşalardan parçalarla yanaşı, Azərbaycan rəqslərini, mahnılarını, habelə rus mahnıları və romanslarını da ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR